Məmur özbaşınalığı vətəndaşı evsiz qoyub

Prezident İlham Əliyevin dəfələrlə yerlərdə vətəndaşların şikayətlərinin dinlənilməsi, onların üzləşdikləri problemlərin həll olunması məqsədilə verdiyi tapşırıq və tövsiyyələrə baxmayaraq hələ də bir sıra yerli icra orqanlarının qanunsuz əməlləri, vətəndaşı süründürməçilik halları davam edir. Yerli məmur özbaşınalığının nəticəsində isə vətəndaş son ümid yeri kimi Prezidentə müraciət etmək məcburiyyətinə qalır. Elə Göyçay rayonu, Potu kənd sakini Ülviyyə Allahverdiyevanı da dövlət başçısına müraciət etməyə yerli məmurların qanunsuz əməlləri məcbur edib. Müraciət müəllifi məktubunda Göyçay rayon Məhkəməsinin hakimi Fərhad Əfəndiyev və keçmiş həyat yoldaşının qardaşı, Azərbaycan Respublikasının Dəmir Yolları İdarəsinin məsul şəxsi Anar Allahverdiyevdən şikayətlənir. Bildirir ki, 2005-ci il, noyabrın 29-da Müşfiq Allahverdiyevlə ailə həyatı qurub. Həmin vaxtdan da Müşfiqin yaşadığı və atasına məxsus Göyçay rayonu Bakı küçəsi 5 nömrəli evdə yaşamaqla həmin ünvanda daimi qeydiyyata düşmüşəm: "Hər iki övladımız həmin evdə doğulub və orada qeydiyyatdadırlar. Müşfiq ailəyə baxmadığı və başqa qadınla yaşadığı üçün aramızda narazılıq yarandığına görə, boşanmaq üçün məhkəməyə ərizə ilə müraciət etdi. Göyçay rayon Məhkəməsinin hakimi Fərhad Əfəndiyev heç bir müddət təyin etmədən ilk məhkəmə iclasında nikahımızın xitam edilməsinə dair 22 may 2015-ci il tarixdə qətnamə çıxartdı. Bundan sonra mən iki azyaşlı uşaqlarımla hazırda da qeydiyatda olduğum Göyçay rayonu Bakı küçəsi 5 nömrəli evə köçürülməyimiz üçün təqdim etdiyim iddiamın da təmin edilməməsinə dair 31 iyul 2015-ci il tarixdə qətnamə çıxartdı". Müraciət müəllifinin sözlərinə görə, hakim Fərhad Əfəndiyev aldığı rüşvət səbəbindən iddianın baxılmasını müxtəlif bəhanələrlə uzadıb və bununla da qarşı tərəfə şərait yaradıb ki, həmin ev keçmiş qaynatamın adına sənədləşsin, orada bizə yaşayış verilməsin: "Bu konkret faktdır ki, reyster çıxarışının tarixi bunu tam subut edir. Saxtakarlıqda peşəkar olan hakim Fərhad Əfəndiyev hətta pula görə vətənini də satar. Belə saxtakarın hakim vəzifəsində qalması çox təhlükəlidir". Zərərçəkənin sözlərinə görə, Göyçay rayon Məhkəməsinin 31.07.2015-ci il tarixli qətnaməsindən verilən apellyasiya şikayətinin təmin edilməməsinə dair Şəki Apellyasiya Məhkəməsinin hakimi Mahir Əsədli 22 oktyabr 2015-ci il tarixdə qətnamə qəbul edib. Hər iki saxtakar hakimlər öz qanunsuz qətnamələrini 2009-cu il tarixdə qəbul edilmiş qanunla əsaslandırıblar: "Ancaq nəzərə almayıblar ki, bu qanun 2009-cu il tarixdə qəbul edilmiş qanundan sonra ailə həyatı qurmuş şəxslərə aid edilməlidir. Biz isə bu qanundan əvvəl 29 noyabr 2005-ci il tarixdə ailə həyatı qurmuşuq. Bildirirəm ki, birgə nigah dövründə həyat yoldaşım Müşfiq 100.000 manatdan çox dəyəri olan avtomobil alıb, boşanmaq ərəfəsində həmin avtomobili öz adından çıxararaq atasının adına sənədləşdirib. Bunu təsdiq edən sənədlər də var". Ülviyyə Allaherdiyeva hazırda atasının evində, çətin şəraitdə, iki azyaşlı uşaqla yaşadığını bildirir və qeyd edir ki, keçmiş həyat yoldaşım Müşfiqin qardaşı Anar Allahverdiyev Azərbaycan Respublikasının Dəmir Yollları İdarəsinin bazasında məsul vəzifədə çalışdığı halda korrupsiya və rüşvətxorluqla məşğuldur: "Anar Allahverdiyevin aylıq əmək haqqı 300 manat olduğu halda onun 500.000 manat qiyməti olan "Bentley" markalı avtomobili alması, İsmayıllı rayonunun Talış kəndində çox dəyərli möhtəşəm villa inşa etdirməsi, Bakı şəhərində villa alması , qardaşına 100.000 manatdan çox dəyəri olan avtomobil alması ciddi araşdırılmalıdır. 300 manat əmək haqqı ilə milyonlarla dəyəri olan əmlakları əldə etmək qeyri mümkündür. Həmin əmlakları Anar Allahverdiyev başqalarının adına sənədləşdirib. Mən təkrar mətbuat vasitəsilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevaya , ədliyyə naziri cənab Fikrət Məmmədova və Ali Məhkəmənin sədri cənab Ramiz Rzayevə müraciət ünvanlayaraq xahiş edirəm ki, rüşvət alıb azyaşlı uşaqlarımı evsiz qoymuş, çöllərə salmış Göyçay rayon Məhkəməsinin hakimi Fərhad Əfəndiyevin və Şəki Apellyasiya Məhkəməsinin hakimi Mahir Əsədlinin barəsində qnunu tədbirlər görülsün. Korrupsiyaya qurşanmış rüşvətxor, saxtakar, haqsız hakimlərin Aərbaycan Respublikası adından qərar çıxarması ölkəmizin adına ləkədir. Xahiş edirəm bizə kömək edin haqq-ədalət yerini alsın". Müraciət müəllifi onu da bildirib ki, dövlət başçısı, Mehriban xanım Əliyevaya müraciət etdiyini öyrənən Fərhad Əfəndiyev və Anar Allahverdiyev ona qarşı təzyiqlərə başlayıb, ölümlə hədələyiblər: "Göyçay rayon Məhkəməsinin hakimi Fərhad Əfəndiyevin və Anar Allahverdiyevin hədələrinə məruz qalmışıq. Bu özbaşınalığa etiraz olaraq iki azyaşlı uşağımla birlikdə ölüm aclığı aksiyasına başlayırıq. Əgər biz bu səbəbdən öləriksə bunun məsuliyyəti korrupsiyaya qurşanmış Göyçay rayon məhkəməsinin hakimi Fərhad Əfəndiyevin, Şəki Apelllyasiya Məhkəməsinin hakimi Mahir Əsədlinin və özünü reket kimi aparan Anar Allahverdiyevin üzərinə düşəcək. Birinci müraciətimdən sonra hakim Fərhad Əfəndiyev mənə ismarıc göndərərək həbsə atdıracağı ilə hədələyib. Anar Allahverdiyev isə gecə saat 04-00 radələrində həmin vaxt istirahətə getdiyi Amerikadan +13106260077 nömrəli telefonla zəng edib bizi ölümlə hədələdi. Onu da diqqətinizə çatdırım ki, Fərhad Əfəndiyevin qanunsuz fəaliyyətindən rayon sakinləri də əziyyət çəkirlər. O, məhkəmə binasındakorrupsiya şəbəkəsi yaratdıb. Hakim Fərhad Əfəndiyevin rüşvət hesabına Azərbaycan Respublikası adından çıxardığı qərarlar dövlətimizin adına bir ləkədir. Onun biznes fəaliyyəti ilə də məşğul olduğu barədə konkret faktlar var".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31