FHN generalı: “Neftçilərdən hələ tapılanı yoxdur”
12 Dekabr 2015 20:12 Problem""Günəşli" yatağında baş vermiş qəza nəticəsində itkin düşən neftçilərin axtarışı və yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir".
Virtualaz.org saytı xəbər verir ki, bunu fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev deyib.
Nazir müavininin sözlərinə görə, FHN-dən 3 helkiopter və 1 təyyarə, Sərhəd Xidmətindən isə 2 helikopter və gəmilər axtarışa cəlb olunub: "Amma hələlik tapılan yoxdur. Xəzəryanı ölkələr də axtarışlar barədə məlumatlandırılıb. Onlar da bu işdə bizə kömək edirlər".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31