Bu dəhşətə susmayın... - AKTUAL PROBLEM
12 Oktyabr 2012 19:45 ProblemBu gün başa çatana qədər dünyada 10 min qızın uşaqlığı əlindən alınacaq, təhsil haqqı oğurlanacaq. Onlar heç bir arzu və xəyalın olmadığı, həyatlarını təhdid edən sağlamlıq riskləri ilə dolu yaşama doğru addım atacaqlar. Bu 10 min qız dünyanın 10 min uşaq gəlinləridir.
Milli.Az CNN-ə istinadən bildirir ki, hazırda dünyanın bir sıra ölkələrində yaşı 18-ə çatmamış 51 milyon qız nikahdadır. Onlar yetkinlik yaşlarına çatmamalarına rəğmən, ərə veriliblər.
Həmin rəqəm isə Şimali Amerika və Qərbi Avropada hər gün məktəbə gedən qızların sayından 2 dəfə çoxdur. BMT-nin son hesabatına görə, dünya ölkələrində yetkinlik yaşına çatmadıqları halda zorla ərə verilən qızların sayı 2015-ci ilədək 100 milyona çatacaq. Hər gün təxminən 25 min qız 18 yaşına çatmamış zorla ərə verilir və veriləcək... Dünyada uşaq gəlinlərin sayının ən çox olduğu ölkələr Mali, Çad və Nigerdir. Ərə verilən qızlar arasında yetkinlik yaşına çatmayanların sayına görə Avropa ölkələri arasında Gürcüstan "lider" mövqe tutur. Bu "qara siyahı"da Türkiyə ikinci yerdədir.