Rövnəq Abdullayev ölüm platformasında

SOCAR prezidenti Rövnəq Abdullayev "Günəşli" yatağındakı yanan platformaya qalxmaq barədə qərar verib.

Virtualaz.org saytı xəbər verir ki, R.Abdullayev faciə yerində hazırda axtarış-xilasetmə işlərinə rəhbərlik edir.

*   *   *19:04

Xəbər verdiyimiz kimi, SOCAR prezidenti Rövnəq Abdullayev hazırda "Günəşli" yatağındakı 10-cu özüldə baş vermiş yanğın zamanı itkin düşən neftçilərin axtarış-xilasetmə tədbirlərinin həyata keçirildiyi ərazidədir.

Virtualaz.org saytının əldə etdiyi məlumata görə, hazırda hadisə yerində olan R.Abdullayev xilasedicilərlə birgə müşavirə keçirir.

R.Abdullayev həmin iclasda platformadakı yanğının tezliklə söndürülməsini tələb edib. Və həmin platformaya şəxsən getmək istədiyini bir daha bəyan edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31