Nardaranda həlak olmuş sakinlərin meyitləri bu gün qaytarılacaq
28 Noyabr 2015 07:35 ProblemÖtən gün Nardaran hadisələri zamanı həlak olmuş qəsəbə sakinlərinin meyitləri bu gün qaytarılacaq.
Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov Trend-ə bildirib ki, hazırda meyitlər ekspertizadadır: "Hazırda istintaq aparılır. bu gün meyitlərin qaytarılacağı deyilib".
N.Kərimovun sözlərinə görə, məsələni şişirtməyə ehtiyac yoxdur: "Heç kəs bizə meyitlərin qaytarılmayacağını deməyib".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31