Ağsaqqallar Şurası: Nardaran hadisəsi ilə bağlı günahkarlar cəzalarına çatacaqlar
28 Noyabr 2015 07:33 ProblemÖtən gün Nardaranda baş vermiş hadisə ilə bağlı günahkar şəxslər cəzalarına çatacaqlar. Bunu Trend-ə Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov bildirib.N.Kərimov qeyd edib ki, heç kəs hadisələrin belə cərəyan etməsini istəməzdi: "Qarşıdurma zamanı həlak olmuş polislər də bizim qardaşlarımızdır. Hamımız azərbaycanlıyıq. Allah hamısına rəhmət eləsin! İstintaq gedir. İnanırıq ki, istintaqın yekununda günahkarlar öz cəzalarına çatacaqlar".Qeyd edək ki, Trend-in əməkdaşları hazırda hadisə yerindədir. Qəsəbədə vəziyyət sabitdir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31