Nazir dörd məmuru işdən qovdu
26 Noyabr 2015 21:07 ProblemBu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində aidiyyəti fəaliyyət sahələrində islahat tədbirlərinin praktiki tətbiqi məsələlərinə həsr olunmuş müşavirə keçirilib.
Müşavirədə nazir Səlim Müslümov müzakirələrin nəticələrinə uyğun fəaliyyətində neqativ hallara yol verən iki Tibbi-Sosial Ekspert Komissiyasının (TSEK) sədrini vəzifəsindən azad edib.
Milli.Az-ın virtualaz.org saytına istinadən məlumata görə, bunlar 23 saylı Mingəçevir-Yevlax TSEK-nin sədri Yaşar Allahverdiyev və 12 saylı Sumqayıt TSEK-nin sədri Eldar Abbasovdur. Hər iki şəxs vəzifələrindən elə müşavirədəcə azad edərək nazir tərəfindən iclas zalından çıxarılıb.
Bundan əlavə iki rayonun Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru da tutduqları vəzifədən azad olunublar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31