Eldar Mahmudovun evində axtarış aparıldı: qutularla dollar, kilolarla brilyant...
15 Noyabr 2015 06:59 ProblemSabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun iqamətgahında və mənzillərində axtarış aparılıb.
Bu barədə virtualaz.org saytına hüquq-mühafizə orqanlarındakı mənbələrdən məlumat verilib.
Məlumata görə, E.Mahmudovun Badamdar qəsəbəsindəki şəxsi iqamətgahından 30 karton qutu dolusu dollar və digər xarici valyuta, həmçinin şüşə bankalar dolusu kilolarla brilyant çıxıb.
Götürülən pullar və daş-qaş Ədliyyə Nazirliyi yanında Elmi-Tədqiqat Məhkəmə Ekspertizası İnstututuna ekspertizaya göndərilib.
Virtualaz.org saytı yaxın vaxtlarda bu haqda daha müfəssəl məlumatlar verəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31