Ailə təcavüzü niyə adiləşib? - AKTUAL PROBLEM
Ata qızını, qardaş bacısını zorlayır, valideynsə ailə namusundan imtina edir
10 Oktyabr 2012 16:35 ProblemBu vaxta qədər çox cinayətlər barədə məlumatlar almışdıq. İnsan ölümü, qısqanclıq üstə qətl, oğurluq, soyğunçuluq, dələduzluq və sair. Bu cür məlumatlar gündəlik təkrarlandığından artıq oxucular da bu cür halları adi qarşılamaq məcburiyyətində qalıb. 10-15 il bundan əvvəl kiminsə kimisə qətlə yetirməsini eşidəndə belə dəhşətə gəlir və bunun şokunu yaşayırdıqsa, indi artıq belə deyil. Gündəlik bu cür məlumatlarla rastlaşdığımızdan əvvəlki kimi təəccüblənmirik. Hətta, ölüm hadisəsinin şahidi olanda belə maksimum soyuqqanlı olmağa öyrənmişik. Yəni bir vaxtlar adi toyuq oğurluğuna təəccübləndiyimiz halda, indi insan ölümünə soyuqqanlı olmuşuq. Amma, təsəvvür etməzdim ki, hətta bundan da ağır faciələrə, biabırçı faktlara təəccüblənmərik. Amma, bu da oldu.
40 yaşlı ata doğma qızını zorlayıb
Söhbət ailə təcavüzlərindən gedir. Bu cinayətlər də demək olar ki, adi hala çevrilmək üzrədir. İş o yerə çatıb ki, artıq ailədə təcavüzlər başlanıb. Bu biabırçı və utancverici faktlar varlığı ilə yanaşı, hətta davam etməkdədir. Artıq insanlar o qədər vəhşiləşib ki, bu prosesə manyaklaşmaq da demək çətindir. Çünki, əvvəllər eşidəndə ki kimsə hansısa rayondan gəlib başqa rayonda bir qadına təcavüz edib, buna manyaklaşma deyirdik. Amma, indi ailə üzvlərinin bir-birini zorlamasını eşidirik. Bəli, bu faktdır. Elə bu cür faktlardan biri barədə dünən Gəncə Agır Cinayətlər Məhkəməsində məhkəmə istintaqı başa çatıb. Məhkəmədə biabırçı və utancverici bir faktla bağlı məhkəmə prosesi keçirilib. Zorlama cinayətində təqsirli bilinən Samux rayon sakini, 1972-ci il təvəllüdlü atanın cinayət işi üzrə məhkəmə başa çatıb. İttiham aktında göstərilib ki, ata 1995-ci ildə anadan olmuş və yetkinlik yaşına çatmayan qızını zorlamaq qərarına gəlib. O, istintaqa məlum olmayan günlərin birində, axşam saat 22 radələrində, sərxoş vəziyyətdə qızını zorlamaq məqsədilə aldadaraq, anasına baş çəkmək bəhanəsi ilə yaşadıqları Samux rayonuun Lək Kəndində T. H. ova məxsus fərdi yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş və dödr bir tərəfi metal torla çəpərlənmiş torpaq sahəsinə aparıb. Adı məhkəmədə gizli saxlanılan ata həmin ərazidə qızının qollarından tutaraq burub yerə yıxıb və köməksiz vəziyyətdə olan qızı ilə cinsi əlaqədə olaraq, onu zorlayıb.
Qız doğma atasından övlad dünyaya gətirib
Hələ bu harasıdır. Ata öz cinayətkar hərəkətlərini davam etdirərək mütəmadi olaraq istintaqa məlum olmayan tarixlərdə yaşadıqları Samux rayonu Lək kəndində yerləşən evində A. N. yə fiziki zor tətbiq edərək öldürəcəyi hədəsi ilə sonuncunun anası B. N. nın gözləri qarşısında onunla təxminin 10-12 dəfə cinsi əlaqədə olub. Sonuncu dəfə isə ötən il dekabrın 25-də, gecə saat 1 radələrində sərxoş vəziyyətdə A. N. ni döyüb və sonra anasının gözləri qarşısında onunla cinsi əlaqədə olub. Bundan başqa ata dekabrın 24-də saat 15 radələrində, sərxoş vəziyyətdə yaşadığı Samux rayonu, Lək kəndində yerləşən evində qısqanclıq zəminində qızına sillə, yumruqla vuraraq xəsarətlər yetirib. Faktla bağlı ata saxlanılıb və istintaqa təhvil verilib. Məhkəmədə ifadə verən manyak ata törətdiyi cinayət əməlini etiraf edib, əməlindən peşman olduğunu bildirib. O, törətdiyi cinayət əməlini sərxoşluğu ilə əlaqədar törətdiyini göstərib. O, daha sonra qeyd edib ki, öldürmə hədəsi ilə cinayət törətməyib.
Cinayətdə ittiham olunan manyak üç uşaq atasıdır. Onun həyat yoldaşı ilə olan nikahdan 1 qızı, 2 oğlu var. Həbsdə olduğu müddətdə onun ailəsində bir nəfər də artıb. Belə ki, zorladığı doğma qızı öz atasından bir oğul dünyaya gətirib. Cinayətdə ittiham olunanın ailəsində yalnız həyat yoldaşının əmək qabiliyyəti var, o da heç bir yerdə işləmir. Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Zabil Qasımovun sədrlik etdiyi kollegiyada təqsirləndirilən şəxsin barəsində hökm elan edilib. Məhkəmənin hökmü ilə 10 il müddətinə hökm çıxarılıb. Manyak ata həmin hökmdən apelyasiya şikayəti verib. Hakim Ceyhun Əhmədovun sədrlik etdiyi kollegiyada manyak atanın cəzası bir il azaldılıb və barəsində qəti olaraq 9 il müddətinə cəza təyin edilib.
Bu biabırçı hadisəni törədən və ölüm cəzasına məhkum edilməli olan ata təəssüf ki müdafiə də olunur. Bəli, elə biabırçılığın ən böyüyü budur. Doğma, heç bir ögeyliyi olmayan qızını zorlayan atanın hələ danışmağa dili də var. Bu cür biabırçılıqdan sonra özünü öldürməyən şərəfsiz bir insan məhkəmədən yüngül cəza istəyir. Və məhkəmə də müəyyən maraqlarına görə, onun cəzasını bir il də olsa azaldır. Faciə budur. Bundan başqa, həmin şəxsi vəkil müdafiə edir. Bildirir ki, manyak ata sərxoş vəziyyətdə olduğu üçün qızını zorlayıb və bunu anlamayıb. Bunun özü də manyakın özünü müdafiə bəhanəsidir. Ata əgər bir dəfə sərxoş olub belə bir hərəkət etsəydi, bəlkə də onun bu sözlərinə inanmaq olardı. Axı ittiham aktına görə, bu hadisə bir neçə dəfə, hətta qızın anasının gözü qarşısında baş verib. Belə çıxır ki, bu ailə başdan ayağa sərxoş olub? Atanın qızını zorlaması deyək ki sərxoşluqdan olub, Bəs ananın gözü qarşısında baş verən bu biabırçılığa qadın necə göz yumub? Niyə ana doğma qızının gözü qarşısında zorlanmasına imkan verib?
Balakəndə qardaş bacını zorlayır, valideyn manyak oğulu müdafiə edir
Daha bir biabırçı hadisə də ötən il baş vermişdi. Bu hadisə isə Balakən rayonunda baş vermişdi və hadisə ilə Bakı Ağır Cinayətlər Məhkəməsində tanış olduq. Düzdü, mən və bir neçə jurnalist bu hadisəni eşidəndə şoka düşdük. Amma, hadisənin baş verdiyi ailənin üzvləri məsələyə həddindən artıq soyuqqanlı yanaşırdı. Söhbət Balakən rayonunda 17 yaşlı qardaşın 15 yaşlı bacısını zorlaması hadisəsindən gedir. Həmin vaxt məhkəmə qarşısında qalmaqal eşidib hadisə yerinə yaxınlaşdıq. Zənn etdik ki, yəqin kiməsə həddindən artıq cəza verildiyi üçün məhkumun yaxınları ilə məhkəmə işçiləri arasında mübahisə yaşanıb. Amma, yaxınlaşıb işin mahiyyəti ilə maraqlananda dəhşətə gəldik. Ana doğma qızını zorlayan şərəfsiz, manyak oğlunun müdafiəsinə qalxmışdı, özü də necə. Ana manyak oğluna cəza verən hakimə qarğışlar edirdi. Qadın utanmadan zorlanmış qızını da yanında məhkəməyə gətirib, Prosesdə təqsirləndirilən şəxsə 8 il cəza hökmünün oxunması ana və atanı "qəzəbləndirib". Valideynlər hakimi qərəzdə ittiham edir, amma, ailəsində yaranmış pozğunluğa görə oğlunu günahlandırmırdılar. Ana hakimə dalbadal qarğışlar edərək "Uşaqdı, bilməyib eləyib, başqasının uşağına eləsəydi mən də ağır cəza istəyərdim, öz bacısına eləyib, özümüz bilərik, burda nə var ki?" deməklə hamını heyrətə gətirirdi. Və elə bu çıxışdan sonra hamı hadisə baş verən ailənin tərbiyə səviyyəsini anladı.
Bəli, bu da bir biabırçılıqdı. Valideynlərin uşaq deyə müdafiə etdikləri bu yeniyetmənin həbsxanadakı vəziyyəti məlumdur. Əslində, övlad 100 yaşı olsa da, valideyn üçün uşaqdı, Amma, ailənin tərbiyə metodundan hiss olunur ki, bu ailədə təkcə manyak uşaqda deyil, bütün ailədə heyvani hisslər formalaşıb. Nəinki hadisəni törədən uşaq, hətta onun ailə üzvləri-valideynlər də pozğun psixoloji durumdadırlar. Ata və ana qızının bədbəxt olması bir yana, ailənin məhv olmasına fikir vermədən, namusunun tapdanmasını düşünmədən oğlunu müdafiə edir ki, oöul həbsxanaya düşməsin. Digər tərəfdən ata düşünmür ki, onun ailə namusu öz doğma övladı tərəfindən ləkələnib. Bunun nə dərəcədə faciə olduğunu anlamayan valideyn qızının oğlu tərəfindən zorlanmasını artyıq adi hal kimi qarşılayır, məhkəmələrə əsassız ittihamlar irəli sürərək oğlunun azadlığa buraxılmasına çalışır.
Bəli, artıq cəmiyyətdə heyvanı psixoloji durum formalaşmağa başlayıb. Artıq insanların bəziləri cəmiyyətdə insani yaşayış tərzinə əlvida deməklə qeyri-insani həyat tərzinə yaxınlaşırlar. Bir vaxtlar azərbaycanlı ekspertlər deyəndə ki, ölkənin ərzaq təhlükəsizliyindəki biabırçı vəziyyət insanlara da təsir edəcək inanmırdıq. Amma, indi baş verən hadisələr bu faktlara inanmağa vadar edir. Çünki, qəbul etdiyimiz qidaların çoxu ginetik motifikasiya olunmuş, tərkibinə heyvan genləri vurulmuş məhsullardır. Bu məhsulların tərkibindəki heyvan genləri artıq insan orqanizminə təsirini göstərir və nəticədə cəmiyyətdə zəif orqanizmli insanların geninə heyvan genləri yayılır. Nəticə isə göz qabagındadır. Artıq insanlar insani keyfiyyətlərdən yavaş-yavaş uzaqlaşır, heyvan vərdişlərə uyğunlaşır. İnsan şərəf, namus anlamadan yalnız yaşamağa üstünlük verir. Artıq insanlar arasında qan tökmək, kimisə oğurlamaq, qətlə yetirmək , can almaq adi hala çevrildiyindən ailə namusu, şərəf və ləyaqət də adiləşib.
Samir