Azərbaycan bayrağı iyrənc formada təhqir edildi VIDEO

Azərbaycan bayrağı indiyə qdərə görünməmiş bir formada təhqir olunub."Vətəninfo.az"ın məlumatına görə, metronun "20 Yanvar" stansiyasının yaxınlığında yerləşən ət dükanının pəncərəsinə bayrağımız pərdə əvəzinə asılıb. Məsələnin ən utandırıcı tərəfi isə şanlı bayrağımızın həddindən artıq çirkli formada tərsinə asılmasıdır. Bu iyrənc addımın səbəbini soruşmaq üçün sözü gedən ət dükanına yollandıq.Özünü dükanın sahibi kimi təqdim edən Babək Bədəlov adlı şəxs bildirdi ki, bayrağı bilərəkdən tərsinə asmayıblar:"Satıcı qanmazlıq edib, tərsinə asıb. Bilərəkdən, məqsədli şəkildə asmamışıq. Mən tapşırıq verdim, bayrağı çıxardıb yuyacaqlar. Onu evimin ən yaxşı yerində göz-bəbəyim kimi saxlayacam"Uğrunda minlərlə şəhid verdiyimiz şanlı bayrağımızı ət dükanınra tərsinə pərdə edən, doğradığı ətin yağına və qanına bulaşdırmış Babək Bədəlova Azərbaycan qanunlarını xatırlatmağı özümüzə borc bilirik.Azərbaycan Respublikasının Konstitusiyasında "Azərbaycan dövlətinin rəmzləri" adlı 23 saylı maddə var.I. Azərbaycan Respublikasının dövlət rəmzləri Azərbaycan Respublikasının Dövlət bayrağı, Azərbaycan Respublikasının Dövlət gerbi və Azərbaycan Respublikasının Dövlət Himnidir.II. Azərbaycan Respublikasının Dövlət bayrağı bərabər enli üç üfqi zolaqdan ibarətdir.Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir və qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir.
III. Azərbaycan Respublikası Dövlət bayrağının və Azərbaycan Respublikası Dövlət gerbinin təsviri, Azərbaycan Respublikası Dövlət Himninin musiqisi və mətni Konstitusiya Qanunu ilə müəyyən edilir.

75 saylı, "Dövlət rəmzlərinə hörmət" adlı maddə:

I. Hər bir vətəndaş Azərbaycan Respublikasının dövlət rəmzlərinə - bayrağına, gerbinə və himninə hörmət etməlidir.

II. Dövlət rəmzlərinə hörmətsizliyin nümayiş etdirilməsi qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31