Nazirlik: Ağdaşdan hərbi xidmətə çağırılmış hərbi qulluqçunun ölümü ilə bağlı cinayət işi başlanıb

"2015-ci ilin aprel ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş rayon şöbəsindən hərbi xidmətə çağırılmış Silahlı Qüvvələrin hərbi qulluqçusu, 1996-cı il təvəllüdlü əsgər Siraclı Məhəmməd Malik oğlunun ölümü ilə bağlı Qazax Hərbi Prokurorluğu tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır".Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.Məlumata görə, baş vermiş hadisə ilə bağlı ictimaiyyətə dəqiq məlumatın çatdırılması məqsədilə müvafiq qaydada Müdafiə Nazirliyi və Hərbi Prokurorluq birgə tədbirlər həyata keçirir:"Lakin bəzi kütləvi informasiya vasitələri tələskənliyə yol verərək qeyri-dəqiq, rəsmi təsdiqlənməyən məlumatlar yaymaqla ictimaiyyətdə yanlış təsəvvürün yaranmasına səbəb ola bilər. Buna görə də Silahlı Qüvvələr haqqında verilən xəbərlərin Müdafiə Nazirliyi ilə dəqiqləşdirilməsi bir daha tövsiyə olunur

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31