Amerikalı həmsədr etiraf etdi: "Vəziyyət çox dəhşətlidir"
29 Oktyabr 2015 08:58 Problem"Dünәn mәn tәmas xәttindә idim. ATӘT-in monitorinq qrupu ilә hәmin xәtti keçdik. Әgәr әvvәllәr bu vәziyyәtin nә dәrәcәdә tәhlükәli olması barәdә suallar var idisә, mәn orada yaşadığım tәcrübәdәn deyә bilәrәm ki, çox dәhşәtli vәziyyәtdir".
Bu sözləri Azərbaycanda səfərdə olan ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib. O bildirib ki, atәşkәs rejiminә hörmәt olunmalıdır: "Biz münaqişәnin sülh yolu ilә uzunmüddәtli hәllini tapmalıyıq. Mәn hәmsәdr həmkarlarımla tәhlükәsiz yerdә idim. Lakin ATӘT-in iki әmәkdaşı tәhlükәli yerdә idilәr vә gizlәnmәyә yer axtarırdılar. Sevinirәm ki, onlar xәsarәt almayıb. Bu kimi insidentlәr qәbuledilmәzdir. Biz bu hadisә barədə ATӘT ekspertlәri ilә müzakirә aparanda onlar dedilәr ki, atәşin hansı tәrәfdәn açıldığını müәyyәnlәşdirmәk mümkün deyil. Onlar bu işin mütәxәssislәridir. Lakin atәş açılanda onun haradan gәldiyini müәyyәnlәşdirmәk çәtindir. Bir daha qeyd edirәm ki, hәmsәdrlәrin iştirakı ilә monitorinq keçirilәrkәn belә insidentlәrin baş vermәsi qәbuledilmәzdir".
Amerikalı həmsədr onu da vurğulayıb ki, prezidentlәrlә danışanda onların öz xalqlarını müharibәyә deyil, sülhә hazırlamalı olduqlarını xüsusi qeyd ediblər: "Prezidentlәr regionda yaşayan bütün xalqlara müraciәt etmәlidirlәr ki, sülhә hazır olsunlar. Bu münaqişәnin nizamlanması yeni dövrә qәdәm qoyacaq vә regionun inkişafı üçün әhәmiyyәt kәsb edir. Cәnubi Qafqazda yaşayan xalqlar çәtin tarixә malikdir. Ümid edirәm ki, bu münaqişәnin hәlli hәr iki xalqı irәli aparacaq. Düşünürәm ki, gәlәcәk nәsillәrә burada daha stabil gәlәcәk borcluyuq. Hәr iki ölkәnin xalqları arasında әlaqә yaradılmalıdır vә onlar gәlәcәkdә birlikdә yaşamağı bacarmalıdır".
Uorlik həmçinin qeyd edib ki, Azәrbaycan vә Ermәnistanda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövcud narahatlıqları başa düşür: "Çünki 20 ildәn çoxdur münaqişә hәll olunmayıb" (APA).