İsmayıllı rayonunda aktiv sürüşmə zonası olan kəndlərdəki evlərə baxış keçirilir

İsmayıllı rayonunda aktiv sürüşmə zonası olan kəndlərdəki evlərə baxış keçirilir. Bu barədə Trend-ə İsmayıllı rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon fövqəladə hallar komissiyasının sədri Rafael Əhmədov bildirib.Onun sözlərinə görə, hazırda aktiv sürüşmə zonası olan Müdürüsə, Talıstan kəndlərindəki qəzalı vəziyyətdə olan kəndlərə baxış keçirilir.Əhmədov bildirib ki, rayonda qeydə alınan zəlzələdən sonra Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin nümayəndələri müraciət olunub.Onlar 28 kənddə qəzalı vəziyyətdə olan 155 evə baxış keçirəcəklər.
Qeyd edək ki, ötən il torpaq sürüşməsi nəticəsində İsmayıllıda 28 kənddə 155 ev qəzalı vəziyyətə düşüb. Oktyabrın 7-də isə İsmayıllı şəhərindən 17 kilometr cənub-şərqdə 5 bal gücündə baş verən zəlzələ qeydə alınıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31