İstehsalatda bədbəxt hadisələrin sayı artıb

Həmkarlar İttifaqları Konfederasiyasının yaradıldığı son 19 il ərzində həmkarlar ittifaqlarının xidmət dairəsinə daxil olan müəssisə və təşkilatlarda əmək xəsarəti alanların sayı 3,6 dəfə, bədbəxt hadisədən ölənlərin sayı 2,8 dəfə azalıb. Bu barədə AHİK-dən "Olaylar"a daxil olan məlumata görə,  1993-cü ildə istehsalatda 289 nəfər xəsarət almış, onlardan 108-i üçün xəsarət ölümlə nəticələnmişdi. 2011-ci ildə isə istehsalat xəsarəti alanların sayı 79 olub ki, onlardan 38 nəfəri istehsalat qəzasından dünyasını dəyişib. Bu dövr ərzində ümumilikdə Respublika üzrə də  göstəricilər azalmaya doğru olub. Məlumatda o da bildirilir ki, ümumilikdə  son 7 ildə respublika üzrə işçilərin istehsalat xəsarəti alması sahəsində vəziyyət mürəkkəb və qeyri-qənaet bəxşdir. 2006 və 2011-ci illərdə həm həmkarlar ittifaqlarının fəaliyyət dairəsində olan müəssisələrdə, həm də ümumilikdə Respublika müəssisələrində bədbəxt hadisələrin sayı artıb.  Eyni zamanda, işçilərin ağır və zərərli iş şəraitində işlənməsi, bir sıra müəssisələrdə bu sahəyə lazimi diqqət yetirilməməsi faktları da narahatlıq doğurur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31