Beynəlxalq təşkilatın rəhbərinin adı korrupsiya qalmaqalında

Diezani Allison-Madueke koorupsiyada və çirkli pulların yuyulmasında ittiham olunur

Londonda korrupsiyada ittiham olunaraq saxlanılan OPEC prezidenti Diezani Allison-Madueke zaminə buraxılıb.

ANS PRESS-in məlumatına görə, Nigeriyanın keçmiş neft nazirinin pasportu əlindən alınaraq, Böyük Britaniyanı tərk etməsi qadağan edilib.

Cinayət üzrə milli agentliyin məlumatına görə ,OPEC-in prezidenti və onunla birgə həbs olunan 4 nəfər , koorupsiyada və çirkli pulların yuyulmasında ittiham olunurlar.

OPEC prezidentinin zaminə buraxılması ilə bağlı məlumatı London polis bölməsi Charring Cross yayıb.

Diezani Allison-Madueke Nigeriyanln neft naziri vəzifəsində çalışan zaman da korrupsiya əmməllərinə görə ittiham olunub. İttihama əsasən o, dövlət vəsaitinin milyonlarla dollarını şəxsi məqsədləri üçün xərcləyib. Bu vəsaitlər hesabına özünə şəxsi təyyarə almağı da unutmayıb.

Lazımı prosedura riayət etməyən Alison 6 million dollar hesabına öz borcunu ödəyib. Buna görə də 2009-ci ildə Nigeriya senatı ona qarşı ittiham irəli sürüb.

Nigeriyanın dövlət neft şirkətində milyardlarla dollar məbləğində mümkün ola biləcək oğurluq faktını araşdırılır. May ayında vəzifəyə təyin olunan ölkə prezidenti Məhəmməd Buxari baş verən hadisələrlə yaxından maraqlandığını və hadisələrin gedişini izləyəcəyini bildirib. O, günahkarların tapılaraq qanun qarşısında cavab verəcəyinə söz verib.

54 yaşlı Alison OPEK-in prezidenti vəzifəsinə 2015- ci ilə təyin olunub. Əvvəlcə Shell kampaniyasında işləyib, daha sonra 2007-ci ildə Nigeriyanın Nəqliyyat naziri vəzifəsində işləyib. Bundan sonra o , 2008-2010 illər ərzində filiz mədən sənayesinin və metallurgiyanın naziri, aprel 2010- cı ildə isə Nigeriyanın neft resursları naziri vəzifəsində fəaliyyət göstərib.

O,OPEC-in ilk qadın prezidentidir. Onun həyat yolaşı Nigeriyanın Hərbi-Dəniz Qüvvələrlərinin kontr-admiralı Elisonom Maduekensir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31