Həcc ziyarətində dünyasını dəyişən azərbaycanlı zəvvar sabah Məkkədə dəfn olunacaq - FOTO

Həcc ziyarətində dünyasını dəyişən azərbaycanlı zəvvar sabah Məkkədə dəfn olunacaq.Bu barədə APA-ya sentyabrın 25-də Məkkədə dünyasını dəyişən zəvvar, 1957-ci il təvəllüdlü Kəklik Aslanovanın həyat yoldaşı Elçin Aslanov məlumat verib. E. Aslanov bildirib ki, Kəklik Aslanovanın təzyiqi qəflətən aşağı düşüb və həkimlərin səyi nəticə verməyib: "Bədəni dözmədi, komaya düşdü. Əvvəlcə çalışdıq özümüz ayıldaq, ayılmadı. Sonra təcili yardımla xəstəxanaya apardıq. Orda baxıb analiz elədilər, dedilər qanda sidik turşusu artıb, o da böyrəklərə təsir edib. Böyrəklərin fəaliyyəti zəifləyib və o, koma vəziyyətinə düşüb".E. Aslanov onu da əlavə edib ki, K. Aslanova sentyabrın 27-də elə müqəddəs torpaqda dəfn olunacaq. Orada mərhum zəvvarın 3 və 7 mərasimləri təşkil ediləcək.APA Kəklik Aslanovanın Həcc ziyarəti zamanı çəkilmiş fotolarını da əldə edib.Qeyd edək ki, bu il Həcc zamanı iki azərbaycanlı dünyasını dəyişib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31