Azərbaycanla bağlı qətnamələr BMT Baş Assambleyasının 70-ci sessiyasının gündəliyinə daxil edilib
17 Sentyabr 2015 14:16 Problem"Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət" və "GUAM məkanında dondurulmuş münaqişələr, onların sülh, beynəlxalq təhlükəsizlik və inkişaf üçün fəsadları" adlı qətnamələr BMT Baş Assambleyasının 70-ci sessiyasının gündəliyinə salınıb.Qeyd edək ki, "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət" adlı qətnamə layihəsi BMT baş Assambleyasının 69-cu sessiyasının gündəliyində olsa da, müzakirəyə təqdim olunmadığı üçün 70-ci sessiyanın gündəliyinə daxil edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31