Qubanın Küpçal kəndində təhlükəli vəziyyət

Ötən gün Quba rayonu ərazisində yağan güclü yağış nəticəsində rayonun Küpçal kəndində təhlükəli vəziyyət qeydə alınıb.Quba Regional Hidrometeoroloji Mərkəzdən APA-nın şimal bürosuna verilən məlumata görə, yaşayış məntəqəsinə 3 saat ərzində 124 mm yağıntı düşüb. Həmin ərazidə 3 saat ərzində Quba rayonuna sentyabr ayı üçün nəzərdə tutulan normadan iki dəfə artıq yağış yağıb.Quba rayonu üçün sentyabr ayı üçün norma 62 mm-dir.Bundan əlavə Quba şəhərinə 28 mm, Rustov kəndinə 57 mm, Təngəaltıya 31 mm yağıntı düşüb.Qusar rayonunda 61 mm, Xızı rayonu, Altıağac qəsəbəsində isə yağıntının miqdarı 36 mm-ə çatıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31