Bakıda avtobus dayanacağının yerini dəyişmək olarmı? - FOTO
3 Oktyabr 2012 17:24 ProblemDay.Az saytının redaksiyasına daimi oxucu Fuad İsmayılzadə tərəfindən məktub daxil olub.Milli.Az Day.Az saytına istinadən xəbər verir ki, oxucu məktubunda nəqliyyat məsələsinə toxunub.
"Artıq bir neçə vaxtdır ki, Badamdar qəsəbəsində fəaliyyət göstərən marşrut avtobusu ilə bağlı sizə yazıram. O, sakinləri getməsi çətin olan yerlərə çatdırır. Həmin ərazilərə başqa marşrutlar getmir. Son dayanacaq Seymur Məmmədov küçəsində olur. Avtobusun dayanacağı həyətlərdən çıxan avtomobillər üçün narahatlıq yaradır. Yolun və yuxarıdan gələn avtomobillərin görünməsi üçün dairəni azaldır. Beləliklə də qəza şəraiti yaranır. Sürücüdən nə qədər xahiş etsək də, o avtomobilin dayanacağını dəyişməyib", - məktubda qeyd olunub.
Məsələyə aydınlıq gətirmək üçün saytın əməkdaşı Nəqliyyat Nazirliyinin mətbuat katibliyinin rəhbəri Namiq Həsənovla əlaqə saxlayıb. N.Həsənov bildirib ki, qeyd olunan faktla bağlı məlumatı yoxdur.
"Faktla bağlı Badamdar sakinlərindən heç kim nazirliyə müraciət etməyib. Dayanacağın dəyişdirilməsi üçün nazirliyə və ya Dövlət Avtonəqliyyat Xidmətinə rəsmi müraciət etmək lazımdır", - o əlavə edib.