PKK Azərbaycanın qaz kəmərini partlatdı VIDEO
Bakı-Tiblisi-Ərzurum qaz kəmərində terror hadisəsi baş verib
25 Avqust 2015 08:51 ProblemBakı-Tiblisi-Ərzurum qaz kəmərində partlayış baş verib.
ANS PRESS-in Türkiyə bürosunun verdiyi məlumata görə, partlayış kəmərin Qars şəhərinin Sarıqamış qəsəbəsindən keçən hissəsində törədilib.
Partlayış barədə Qars valisi Günay Özdəmir mətbuata açıqlama verib. O bildirib ki, qaz kəmərinə PKK terrorçuları hücum edib.
"Terror hücumu nəticəsində partlayış baş verib. Güclü yanğın davam etdiyindən əraziyə yaxınlaşa bilmirik və çox uzaq məsafədə dayanmışıq. Yanğının söndürülməsi istiqamətində işlər aparılır."- deyə Günay Özdəmir bildirib
Bölgəyə qaz verilişi dayandırlıb. Partlayış o qədər güclü olub ki, göyə qalxan alov Qars və Ərzurum şəhərinin bir çox ərazilərindən görünüb. Partlayış bölgədə yaşayan sakinlərin təşvişinə səbəb olub.
Hadisədən sonra ərazidə ciddi təhlükəsizlik tədbirləri görülüb. Faktla bağlı araşdırmalar davam edir.
Bundan əvvəl avqustun 4 də Bakı-Tiflis-Qars-Ərzurum qaz boru xəttinin Sarıkamış rayonundan keçən hissəsində partlayış baş verib.
Hasisədən dərhal sonra boru xəttində qaz nəqli dayandırılıb. Partlayışın səsi 20 kilmometr aralıdan eşidilib.
Son vaxtlar Türkiyədə PKK və İŞİD terrorçuları xeyli aktivləşib. PKK terrorçuları ölkədə bir sıra terror hücumları həyata keçirır, hüquq-mühafizə və təhlükəsizlik qüvvələrinin əməkdaşlarını öldürür. Bir neçə gün əvvə ilə Cizre-Silopi arasındakı elektrik xəttində də təxribat törətmişdilər.