Ermənilər Ağdamın işğal olunmuş Baş Qərvənd kəndi ərazisində yenidən yanğın törədiblər. APA-nın Qarabağ bürosunun xəbərinə görə, alov Baş Qərvənd ərazi vahidliyinin Bayramlar kəndində qeydə alınıb. Ermənilər tərəfindən dağıdılmış yaşayış məntəqəsinin mərkəzi hissəsində müşahidə olunan yanğın təmas xəttinə yaxın ərazilərdən görünür.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31