Misir mətbuatı Ağdamın işğalından yazır

Misirin Yaxın Şərq Xəbərlər Agentliyi, "Əl-Yevm Əs-Sabi" və "Əl-Əhram" internet qəzetləri Ağdam rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 22-ci ildönümü ilə əlaqədar Azərbaycanın bu ölkədəki səfirliyinin bəyanatını yayıb.Bəyanatda 1993-cü il iyulun 23-də Azərbaycanın Ağdam rayonunun Ermənistan silahlı birləşmələri tərəfindən zəbt olunduğu bildirilir. Qeyd edilir ki, Ağdam rayonunun 882 kvadratkilometri işğal olunub, 128 min nəfər doğma ev-eşiyindən didərgin düşüb. İşğal nəticəsində 122 kənd, 24 min 446 yaşayış binası, 48 sənaye və tikinti müəssisəsi, 160 məktəb binası, 65 səhiyyə mərkəzi, 373 mədəniyyət ocağı, 1 teatr, 3 məscid və 2 muzey yandırılıb məhv edilib. Erməni terrorçuları Ağdamın işğalı zamanı ağır hərbi cinayətlər törədiblər.Bəyanatda Ağdamın Qarabağ müharibəsində ən çox şəhid verən rayon olduğu, ermənilərlə döyüşlərdə 6 minə yaxın rayon sakininin şəhid olduğu diqqətə çatdırılır.Xatırladaq ki, Azərbaycanın Ağdam rayonu 1993-cü il iyulun 23-də Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31