Qarabağın həlli reallaşa bilər (FOTO)

Amerikalı həmsədr münaqişənin həlli üçün tərəfləri əzm göstərməyə çağırıb

ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik Ermənistan və Azərbaycan tərəfini münaqişənin sülh yolu ilə nizamlanması üçün hazır olmağa və əzm göstərməyə çağırıb.ANS PRESS-in məlumatına görə, o, "Twitter" səhifəsində növbəti dəfə yazıb.ABŞ-dan olan həmsədr belə deyib: "Tərəflər hazır olarsa və əzm göstərərsə, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli mümkün ola bilər."C.Uorlik bu gün Bakıda Dağlıq Qarabağ münaqişəsi barədə müzakirələr aparmaq üçün Azərbaycan prezidenti İlham Əliyev və XİN rəhbəri Elmar Məmmədyarovla görüşəcəyini də bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31