Qardaşı: “Gülər Əhmədova evindədir”

Bu gün səhər saatlarında insult keçirən millət vəkili Gülər Əhmədovanın səhhəti yenidən pisləşib.Millət vəkilinin qardaşı İlqar Mikayıloğlu Lent.az-a açıqlamasında bildirib ki, hazırda Gülər Əhmədovanın vəziyyətində heç bir irəliləyiş yoxdur: "Elə səhərdən necə var, elə də qalıb. Biz onu xəstəxanaya apara bilmirik. Çünki qorxuruq ki, onu hərəkət etdirsək, pis nəticə verər. Ona görə də ev şəraitində müalicə olunur".
Qeyd edək ki, bir az öncə millət vəkilinin Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirildiyi barədə xəbərlər yayılmışdı

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31