Gülər Əhmədovanın yeri bilindi - YENİLƏNİB

Millət vəkilinin vəziyyəti ağırlaşıb

Bu gün səhər saatlarında insult keçirən millət vəkili Gülər Əhmədovanın səhhəti yenidən pisləşib. Kaspi.az saytının yaydığı məlumata görə, G.Əhmədova bu gün günün ikinci yarısında ikinci dəfə insult keçirib.Hazırda onun vəziyyətinin ağır olduğu və yanına heç kimin buraxılmadığı bildirilir.Modern.az saytının yaydığı məlumata görə, millət vəkili Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib. Xəstəxana personalı bu barədə məlumatı sayta təsdiqləyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31