Yol polisi sürücülərə müraciət etdi
28 Sentyabr 2012 18:10 ProblemRespublika Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə yollarda dilənçilərə pul verməməyi, səyyar satıcılardan alış-veriş etməməyi tövsiyə edir.İdarənin şöbə rəisi Kamran Əliyev Trend-ə bildirib ki, dilənçilər və səyyar satıcılar piyada kimi yol hərəkəti qaydalarını pozub yolun müəyyən olunmayan yerində hərəkət hissəsinə çıxırlarsa, inzibati məsuliyyət daşıyırlar.Belə halların qarşısının alınmasının sürücülərdən asılı olduğunu deyən Əliyevin sözlərinə görə, əgər sürücü yolun hərəkət hissəsində dilənçiyə pul verirsə, dilənçilərin sayını artırmış olur."Dilənçilər özlərinə asan qazanc mənbəyi tapıblar. Sürücülər dilənçiyə pul verməklə onların sayını artırırlar. Səyyar satıcılar əksərən yolun hərəkət hissəsinə çıxmırlar. Səkidə, işıqforlarda, sıxlıq olan ərazilərdə dayanmaqla ticarət edirlər. Polis onları bu halda yol hərəkəti qaydasını pozduğuna görə məsuliyyətə cəlb edə bilməz", - o deyib.Şöbə müdiri bildirib ki, sürücülərin həmin satıcılardan alış-veriş etməsi nəqliyyatın hərəkətinə mənfi təsir göstərir, ləngimələr yaradır. "Həmçinin sürücülər bu halda aldıqları malın keyfiyyəti, mənşəyi barədə də məlumatsız olurlar. Bu səbəbdən, sürücülərə tövsiyə edirik ki, yolda olarkən səyyar satıcılardan alış-veriş etməsinlər", - Əliyev deyib.