Bakıdakı elit yaşayış kompleksləri də işıqsız qaldı

Elektrik enerjisi kəsiləndə təzə binaların ehtiyat təxliyə generatorları işləməyib

Sentyabrın 28-də səhər saatlarında Azərbaycanın əksər ərazilərinə verilən elektrik enerjisinin dayanması zamanı Bakıda yeni inşa edilən hündürmərtəbəli və bahalı yaşayış binaları da  işıqsız qalıb.  Bu barədə "OLAYLAR"a hündürmərtəbəli bina sakinləri məlumat verib. Məlumata görə, həmin binalarda ehtiyat-təxliyə generatorlari olmasına baxmayaraq, həımin vaxt bu generatorlar da işə salınmayıb. Bir müddətdən sonra məlum olub ki, həmin vaxtlarda bu binalarda da generatorlar işləməyib. Nəticədə yaşayış binalarında yaşayan sakinlər də qaranlığa qərq olub, mənzillərdə elektrik enerjisindən istifadə mümkün olmayıb. Digər yaşayış binaları kimi, paytaxtın elit binalarının sakinləri də enerjisiz qalıb. Bu da sakinlərin narazılığına səbəb olub. Mənzillər satılarkən yaşayış kompleksini inşa edən şirkət binalarda hər cür komfort şərait, xüsusən də ehtiyat generatorlarının olduğunu, bütün binanın ehtiyat enerji xətti ilə təmin edildiyini desə də, elektrik enerjisi dayananda həmin binalar da qaranlığa qərq olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31