Bakı Uşaq Teatrının kollektivi qastrol səfərindən qayıdıb
9 İyul 2015 18:04 ProblemBakı Uşaq Teatrı Türkiyədə Ramazan ayı ilə əlaqədar keçirilən festivalda uğurla çıxış edib. SİA-nın məlumatına görə, böyük maraqla keçirilən festivalda Azərbaycan, Belarusiya, Gürcüstan teatrları qonaq qismində iştirak edib. Bakı Uşaq Teatrı festivalda teatrın repertuarında olan tamaşalardan parçalar, illüziya nömrələri nümayiş edirmiş, klounlar çıxışı və teatrın aktrisalarının ifasında xalq mahnılarından ibarət konsert proqramı təqdim olunub. Türkiyənin Mərzifon Şəhər Bələdiyyəsinin təşkilatçılığı ilə həyata keçən festival 3-6 iyul tarixlərində baş tutub. Qastrol səfərində İntiqam Soltanın rəhbərliyi ilə aktyorlardan Tofiq İsgəndərli, Rauf Hüseynov, Vüsalə Bəşirova, Şahin Kazımov, Rəfail Muradxanlı, Günay Pirizadə iştirak ediblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31