Gülər Əhmədovanın daha bir “qəhrəmanlığı” faş oldu

Bir qədər əvvələdək Azərbaycanda nüfuzlu xarici təşkilatlarda çalışan, hazırda ABŞ-da yaşayan  Ülvi İsmayıl adlı soydaşımız öz "facebook" profilində Gülər Əhmədovanın keçmişi ilə bağlı ilginc oyalı qələmə alıb. Onun qeydindən belə anlaşılır ki, Gülər Əhmədova hələ lap uzaq keçmişdən insanlarla "razborşik" kimi davranmaq, hətta beynəlxalq qurumuları hədələmək vərdişinə sahib imiş...
Yazını olduğu kimi təqdim edirik.

"Artıq iki il idi ki, BMT-də işə düzəlmişdim və bu müddətdə vəzifədə xeyli yüksəlmişdim. Bir neçə layihəni idarə edir, yeni-yeni təşkilatlarla görüşlər keçirir, tanış olurdum. Məcburi köçkünlər üçün müxtəlif layihələri maliyyələşdirirdik və onların icrasını yerli təşkilatlara həvalə edirdik.Bir gün proqram şöbəsi məndən bir layihənin bitməsi münasibəti ilə onun nail olduğu uğuruları yoxlamamı xahiş etdi. Layihə müharibədən psixoloji zədə alan uşaqlar üçün bir neçə ay ərzində səhnələşdirilmiş (kukla) tamaşaları hazırlamalı və onları 8 rayonda nümayiş etdirməli idi. Layihənin ümumi məbləği səhv etmirəmsə 10,000 dollar idi. Bu yolla məcburi köçkün uşaqlar əqli rehabilitasiya almalı idilər. Ezamiyyət pulunu alıb, icraçı təşkilatın layihə barədə verdiyi məlumatı özümlə götürüb Azərbaycanın dilbər və qeyri-dilbər 8 guşəsinə yollandım.Artıq səfərin üçüncü günü Bakıya qayıdanda çox əsəbi idim. İstəyirdim işə çatım və rəhbərliyə xəbər verim, rəsmi rapor yazım. Getdiyim rayon icra hakimiyyətləri və mədəniyyət şöbələrinin yarısı bu adda fəaliyyət və təşkilat haqqında heçnə bilmədiklərini demişdi.Ofisə çatar-çatmaz bu bəd xəbəri yaydım və belə qərara gəldik ki, layihənin koordinatoruna zəng edib problemi bildirək və müzakirə üçün ofisə dəvət edək. Koordinator həfif, sarışın bir xanım idi. Bildirdik ki, layihənin tam yarısı icra edilməyib. Vəsaitin yarısı təşkilarımıza geri ödənilməlidir. Problemi eşidən kimi koordinator yoxa çıxdı. Növbəti gün təşkilatın rəhbəri olan bir xanım Fransa vətəndaşı olan müdirimə zəng etdi. Rus dilini bilirdi onun üçün xətdə birbaşa özü danışdı. Danışdıqca müdirimin sifətinin rəngi dəyişirdi. Dəstəyi özüm aldım. Bağırırdı və qışqırırdı. Azərbaycan dilində onu təmkinli olmağa səslədim, "əcnəbinin yanında bizi biyabır etməyin" dedim. Mənə cavabı isə bu oldu: "O Fransıza de ki, o məni hələ yaxşı tanımır. Mən bilirsən kiməm?! O bilir mənim ərim harda işləyir? AzTV-nin sədr müavinidir. Ona de ki, gəlib orda onun şalvarını çıxartdıraram. Buna bax, məni yoxlayan gəlib..."Bu zəngdən sonra ofisimiz ona rəsmi məktub yazdı və vəsaiti geri ödəmək üçün boş formaları təşkilatına göndərdi. Bir gün sonra yenidən telefonumuza zəng gəldi. Bu dəfə şəxsi mobil nömrəmə. Qeybə çıxan koordinator bu dəfə məni öz ofislərinə, məsələni "sülh yolu ilə" həll etmək üçün təşkilatın rəhbəri ilə görüşə dəvət edirdi. İş gününün artıq bitdiyini və cavabımı onlara yalnız sabah verə biləcəyimi deyib dəstəyi asdım və dərhal rəhbərimə, BMT-nin Qaçqınlar üzrə Ali Komissarının Azərbaycandakı Nümayəndəsinə zəng edib bu son telefon söhbəti barədə məlumat verdim. O məsələnin indi daha da aydınlaşdığını və mənim ora nə üçün dəvət edildiyimi anladığını bildirdi. Mənə təşəkkür etdi və xahiş etdi ki, heç bir halda bu görüşə getməyim.Bu hadisə 2000-ci ildə baş vermişdi. Oğurluq edən təşkilat Azərbaycan Respublikası Uşaq Təşkilatı (ARUT), yarımçıq iş görən və zavallı fransız müdirimin şalvarını soyundurmaq istəyən təşkilat rəhbəri isə Gülər Əhmədova idi". azadlıq.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31