“Bizə müsəlman olduğumuza görə tərs baxırlar”

Səttar Mehbalıyev: “Bizim günahımız var ki, müsəlmanıq?”

"Beynəlxalq təşkilatlar və dünyanın aparıcı dövlətləri tərəfindən Azərbaycana qarşı ikili standartlar mövcuddur". Bunu deyən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili  Səttar Mehbalıyevin sözlərinə görə, belə münasibət Dağlıq Qarabağ probleminin həlli istiqamətində atılan addımlarda daha aydın müşahidə olunur: "Bizim heç kimim torpağında gözümüz yoxdur. Biz Dağlıq Qarabağ probleminin sülh yoli ilə həllinin tərəfdarıyıq. Təəssüf ki, Ermənistan beynəlxalq təşkilatların bu məsələ ilə bağlı qəbul etdiyi qətnamələrə məhəl qoymur. Beynəlxalq təşkilatlar isə ikili standartlar nümayiş etdirirlər. Bizim günahımız var ki, müsəlmanıq? Bizə müsəlman olduğumuza görə tərs baxırlar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31