Yerlərdə monitorinq aparılacaq

Korrupsiyaya Qarşı Mübarizə Fondu 2012-2015-ci illər üçün korrupsiyaya qarşı mübarizəyə dair Milli Fəaliyyət Planının icra vəziyyəti öyrənəcək. Belə bir açıqlama ilə çıxış edən fondun icraçı direktoru Vasif Mövsümov "OLAYLAR"-a deyib ki, bu məqsədlə yerlərdə fond tərəfindən monitorinqlər həyata keçiriləcək: "Biz fond olaraq bundan əvvəl də korrupsiya və rüşvətxorluğa qarşı mübarizə məqsədilə qəbul edilmiş qərarlar, Dövlət Proqramı və Milli Strategiyanın yerlərdə icra vəziyyətini öyrənmək məqsədilə monitorinqlər aparmışıq. Növbəti mərhələdə isə Milli Fəaliyyət Planının monitorinqi aparılacaq". Vasif Mövsümov deyib ki, monitorinqlər ölkənin əksər regionlarını əhatə edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31