“Gülər Əhmədovanı 12 ilə qədər həbs cəzası gözləyir”

“Cinayət işinin hansı maddə ilə qaldırılmasının heç bir əhəmiyyəti yoxdur”.

Bu sözləri "Qafqazinfo"ya açıqlamasında Elşad Abdullayevin vəkili Adil İsmayılov millət vəkili Gülər Əhmədova ilə bağlı prokurorluğun açdığı cinayət işinə münasibət bildirərkən deyib:"Prokurorluqda açılan 178.3.2-ci maddə dələduzluqla bağlıdır və nəzərdə tutulan cəza kifayət qədər ağırdır. Bu maddə üzrə ittiham olunanları 7 ildən 12 ilə qədər həbs cəzası gözləyə bilər. Əsas odur ki cinayət işi qaldırılıb. Əgər lazım gələrsə istintaqın gedişində digər maddələr də əlavə oluna bilər. Qeyd olunan maddə üzrə açılan cinayət işini qənaətbəxş hesab edirəm. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31