Siyavuş Novruzov: “Daha nə deyə bilərik?”
“Hüquq mühafizə orqanları öz işlərini görürlər...”
28 Sentyabr 2012 14:02 ProblemYeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deputat Gülər Əhmədova ilə bağlı məlum videqalmaqal barədə Baş Prokurorluğun açdığı cinayət işinə münasibət bildirib. Modern.az saytına açıqlamasında S.Novruzov bildirib ki, artıq hüquq-mühafizə orqanları öz işlərini görürlər."Biz daha nə deyə bilərik? Hüquq mühafizə orqanları öz işlərini görürlər. Biz bu prosesin nəticələrini gözləyirik. Nəticəyə uyğun YAP açıqlama verəcək"-deyə YAP rəsmisi bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31