Enerji böhranının görüntüləri
Bakı bu gün belə idi
28 Sentyabr 2012 13:55 ProblemBu gün səhər saatlarından Bakıda enerjinin kəsilməsi tıxaclara səbəb olub. Bu dəfə Bakı küçələri ənənəvi maşınlarla deyil, insan tıxacları ilə üz-üzə idi. "Qafqazinfo"nun məlumatına görə, metronun işləməməsi səbəbindən insanlar kütləvi şəkildə dayanacaqlardan istifadə etməyə məcbur olublar.Bir-birinin ardınca gələn sərnişin avtobusları isə dolu olduğundan insanlar saatlarla dayanacaqlarda qalıblar. Bu gün işə gecikməyən insanlara isə sözün əsl mənasında təbrik düşür.İnsanların təlaşlı vəziyyətini fotolardan izləyə bilərsiniz
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31