Azərbaycanda işıqların kəsilməsi təxribat ola bilərmi?

5 gün öncə yayılan məlumata “Azərenerji” niyə məhəl qoymadı

Sentyyabrın 28-də Azərbaycanda elektrik enerjisinin qəfil kəsilməsi  ilə bağlı müxtəlif məlumatlar yayılıb. Rəsmi məlumata görə, hadisənin baş verməsi Azərbaycanın ən böyük elektrik stansiyası olan Mingəçevir Elektrik Stansiyasının enerji bloklarının ildırım vurması göstərilir. Amma, bunun təxribat olması barədə də məlumatlar dolaşır. "OLAYLAR"ın məlumatına görə, bir neçə gün əvvəl Azərbaycanda elektrik enerjisinin kəsiləcəyi barədə məlumatlar yayılmışdı. Mətbuatda da yayılan məlumatda göstərilirdi ki, sentyabrın 23-də elektrik enerjisinin verilməsi dayandırılacaq. Əslində həmin məlumatda bütün dünya üzrə elektrik enerjisində fasilə yaranacağı deyilsə də, bu yalnız Azərbaycanda baş verdi. Amma, sentyabrın 23-də deyil, 28-də baş verdi. Hadisənin əvvəlcədən baş verəcəyi barədə məlumatlar yayılsa da, "Azərenerji" bu barədə heç bir qabaqlayıcı tədbir görmədi və məlumata məhəl qoymadı. Nəticədə yayılan məlumat təsdiqini tapdı.
Məsələ ilə bağlı "Azərenerji" ASC-nin mətbuat xidməti ilə məlumat saxlamağa çalışsaq da, münasibət bildirən olmadı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31