Elektrik enerjisinin kəsilməsi nəticəsində metro tunellərində qalanlar...

Sərnişinlər arasında xəsarət alan olmayıb

Azərbaycanda enerji təchizatınıb dayanması zamanı Bakı Metropoliteninin stansiyalarında sərnişinlər tunellərdə qalıb. Metropolitendən "OLAYLAR"a verilən məlumata görə, sentyabrın 28-də saat 06:44-də "Azərenerji" sitemində baş vermiş qəza nəticəsində elektrik enerjisinin verilişi kəsilib və  Bakı metropoliteninin də fəaliyyəti məcburi dayanıb. Həmin vaxt Bakı metropolitenin tunellərində qalan sərnişinlər təhlükəsizlik qaydalarına riayət olunmaqla tunel və stansiyalardan təxliyyə olunublar.Hadisə nəticəsində heç bir sərnişinin xəsarət almayıb: " Qəzanın nəticələri aradan qaldırıldıqdan sonra saat 7:50-dən hissə-hissə gərginliyin verilməsinə başlanıb. 9:30-da qatarların fəaliyyətini bərpa etmək üçün təmas xəttinə tələb olunan gərginlik verilib, sonra qatarların hərəkəti 9:45-də bərpa olunub, sərnişinlər stansiyalara buraxılıblar. Metropolitendən qeyd ediblər ki, hazırda metropolitendə qatarların hərəkətində heç bir problem yoxdur, bütün stansiyaların fəaliyyəti bərpa olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31