Leysan yağış Yevlaxda ciddi fəsadlar yaratdı

Rayonda həyətləri su basdı

Ötən gecə ölkənin Mərkəzi Aran regionunda müşahidə edilən yağıntılı hava şəraiti bir sıra rayonlarda mənfi fəsadlara yol açıb. "OLAYLAR"-a daxil olan məlumata görə, gecə saatlarından başlayan leysan xarakterli yağış Yevlaxda ciddi problemlər yaradıb. Sakinlərin verdiyi məlumata görə, səhərə qədər davam edən yağış həyətlərdə gölməçələr yaradıb. Məluamata görə, rayondakı evlərin həyətində 40-45 santimetrə qədər su yığılıb. Buna səbəb isə rayonda kanalizasiya sisteminin işləməməsidir. Belə ki, Mingəçevir şəhərində elektrik energisi blokunda yaranmış problem Yevlax rayonunu da işıqsız qoyub. Bu da kanalizasiya sistemində motor qurğularının işləməməsi və həyətlərdə gölməçələrin yaranmasına səbəb olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31