“Mən 84 yaşlı anamı inandıra bilmərəm ki...”AÇIQLAMA
Bahar Muradova: “Parlament diplomatiyası çox əhəmiyyətlidir”
27 Sentyabr 2012 17:09 Problem"Azərbaycan öz gələcəyini Avropa ilə birlikdə görür". Bu sözləri parlamentin vitse-spikeri Bahar Muradova "Körpülərin salınması" adlı beynəlxalq konfransda çıxışı zamanı deyib. O bildirib ki, Beynəlxalq təcrübəni öyrənməklə yanaşı Azərbaycan öz dəyərlərini də dünyaya göstərmək istəyir: "Parlament diplomatiyası çox əhəmiyyətlidir. AVRONEST Parlament Assambleyası bizim də iştirakımızla yaranan qurumdur. Bunun vasitəsilə əməkdaşlığımızın yeni müstəvidə inkişaf etməsini istəyirik. Azərbaycan dövlətinin qarşısında duran əsas məsələlərdən biri insan hüquqlarının bərabərliyi, hüququn aliliyidir. Azərbaycan dövləti bu maraqları qorumağı qarşısına hədəf qoyub. Modern Azərbaycan cəmiyyəti qurmaq, bütün inkişafın mahiyyətində insan amilinin dayanmasını ilə yanaşı peroblemlərin həllini də hədəf götürmüşük. Biz Dağlıq Qarabağ münaqişəsində obyektiv dəyərlərin formalaşması və ciddi qərarların qəbulunu istəyirik. BMT-nin qərarları və ATƏT-in müvafiq sammitləri Azərbaycanda işğal faktoruun olduğunu və ona son verilməsi, status-kvonun qəbul edilməməzliyinə rəğmən ayrı ayrı beynəlxalq təşkilatlar dəqiq, günahkarlar göstərilməklə mövqe və münasibətini görmürük. Tərəflər arasında bərabərlik işarəsi qoymaq hələ məsələnin həlli üçün imkan yaratmır, məsələnin mahiyyəti ayrı qoyulur və elementlər üzərində baş sındırılır. Tədbirin də adına istinad etsək, körpülər birtərəfli salına bilməz, ikitərəfli salınmalıdır. Dünyanın təhlükəsizliyinə təhdid olan məsələnin həlli üçün ayrı-ayrı qurumların mövqeyi bizə aydın deyil. Üzv olduğumuz təşkilatlardan konkret əməkdaşlıq gözləyiirk. Beynəlxalq hüquq Azərbaycanın tərəfindədir. Beynəılxalq hüququn vacibliyini qəbul etmiş təşkilatlar bu hüququn tərəfində olmalıdır. Təkcə Azərbaycan bütün instansiyalara çatdırmaq iqtidarında deyil. Qarşılıqlı münasibətlərdı olan ölkələr özləri Azərbaycanı öyrənməlidir. Avropa dəyərlərini biz öyrəniriksə, Şərqi də öyrənmək Avropanın öhdəliyinə düşür. Mən 1 milyon köçkünlərdən biriyəm, onların təmsilçisi olan deputatam. Bu fakt aradan qalxmayana qədər beynəlxalq səviyyədə keçirilən tədbirlərin heç bir əhəmiyyəti yoxdur. Mən 84 yaşlı anamı inandıra bilmərəm ki, beynəlxalq aləm istədiyinə görə Ermənistana güzəştə getməliyik. Anam bu gün yaşamaq üçün deyil, öz doğma yurdunda dəfn olunmaq Allahdan üçün möhlət istəyir. Bu haqqın ona qaytarmaq lazımdı. Avropa Birliyi öz istinad etdiyi dəyərlərə sadiq olarq öz bu məsələdə mövqeyini bildirməlidir. İşğala son qoyulmalı, status-kvo dəyişdirilməli, qaçqınlar öz yurduna qaytarılmalı, Icmalar arasında təmaslar olmalıdır"."OLAYLAR"