Daha bir yanğın xəbəri: 5 mərtəbəli binada qəfil yanğın başladı (YENİLƏNİB,FOTO)

FHN əməkdaşları mənzilləri yanğından mühafizə ediblər

Fövqəladə Hallar Nazirliyi də yanğın hadisəsi ilə bağlı məlumat yayıb. 

Məlumatda bildirilir ki, beşmərtəbəli binanın girişinin üst hissəsinə yığılmış 3 kv.m sahədə məişət tullantıları və binanın xarici divarından keçən elektrik kabeli 2 p.m yanıb. 

Mənzillər yanğından mühafizə olunub. Yanğın saat 13:22-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

14:03:00

Bu gün Qaradağ rayonunun Lökbatan qəsəbəsində yaşayış binasında yanğın olub. 

Hadisə şahidlərindən birinin ANS PRESS-ə verdiyi məlumata görə, doğum evinin arxasında yerləşən binanın giriş hissəsində qəfildən yanğın başlayıb, alovun təsirindən naqillər partlayıb. 

Verilən məlumata görə, yanğın artıq söndürülüb. Xoşbəxtlikdən ölən və ya xəsarət alan yoxdur.



Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31