Bakıda çoxmərtəbəli binada yanğın
Yüksək temperaturdan eyvanın plastikdən ibarət qapı-pəncərə çərçivəsi əriyib.
21 İyun 2015 19:22 ProblemBu gün Bakıda yaşayış binasında yanğın olub.
ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin saytına isitnadən evrdiyi məlumata görə, yanğın Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində olub.
Hal-hazırda təmirə dayanmış ümumi sahəsi 115 kv.m olan 3 otaqlı mənzilin eyvanına yığılmış taxta tullantıları 3 kv.m sahədə yanıb.
Yüksək temperaturdan eyvanın plastikdən ibarət qapı-pəncərə çərçivəsi əriyib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 12:29-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31