“Azərsun Holdinq”in dəstəyi ilə “Hacı Nuranın 1000 dostu”

"Azərsun Holdinq" "Park Bulvar"la birgə xeyriyyəçilik verilişlərinin tanınmış aparıcısı Hacı Nuranın xərçəng xəstəliyindən müalicəsi üçün xeyriyyə marafonu keçirtdi. Sentyabrın  22-i saat 17:00-da "Azərsun Holdinq"in dəstəyi və aktyor Bəhram Bağırzadənin təşəbbüsü ilə "Park Bulvar"da təşkil olunan "Hacı Nuranın 1000 dostu" aksiyası baş tutdu. İki saat davam edən marafonda müalicə üçün tələb olunan vəsaitin 10/1-i toplandı. Belə ki, aksiya çərçivəsində 8264.50 AZN və 1800 ABŞ dolları məbləğində pul yığıldı. Toplanan vəsait Hacı Nuran üçün açılan bankdakı hesabına köçürüldü.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31