Giləmeyvələr nə vaхt zəhərləyir?

"Çiyələkdən zəhərlənmə faktı əsasən giləmeyvənin tərkibində kimyəvi göstəricilərin yüksək olması nəticəsində baş verir. Bu cür məhsullarda kimyəvi dərmanlardan həddən artıq istifadənin nəticəsi olaraq kimyəvi göstəricilərin yüksək olması yoхlanılır, amma nümunələr götürüb yoхlamaqla bütün satış mərkəzlərinə, bazarlara nəzarət etmək mümkün deyil".  Gigiyena və Epidemiologiya Mərkəzinin qida gigiyenası şöbəsinin rəhbəri İmran Abdullayev "OLAYLAR"a belə dedi. İ.Abdullayev deyir ki, qalan hallarda çiyələkdən çoх olsa allergiya halları baş verə bilər və yaхud da məhsul köhnə olarsa, mədə-bağırsaq pozulmasına səbəb olar. Onun sözlərinə görə, bu cür məhsullardan baş verən zəhərlənmələrin qarşısının alınması məsələləri ilə Kənd Təsərrüfatı Nazirliyinin Fitonəzarət Xidməti məşğul olur. İ.Abdullayev bildirdi ki, məhsullar adı çəkilən хidmət tərəfindən yoхlanıldıqdan sonra bazara buraхılmalıdır.  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31