Xoşqədəmlə Doğuş övladlarını itirdi VIDEO
Tanınmış müğənni bunu ANS-in efirində açıqlayıb
27 Aprel 2015 11:08 ProblemÖtən gün "Xoşqədəmlə axtarıram səni" verilişi ANS-də ilk efirini reallaşdırıb. Verilişin əvvəllində tanınmış aparıcı Xəşqədəm Hidayətqızı onu yalnız buraxmadıqları üçün tamaşaçılara və kanalın rəhbərliyinə təşəkkür edib.Aparıcı ailə həyatı qurduqdan sonra birdəfəlik Türkiyəyə gedəcəyi barədə söz-söhbətə də aydınlıq gətirib. O, heç yerə getməyəcəyini və verilişinə davam edəcəyini deyib.Daha sonra onu pis və yaxşı günündə yalnız qoymayan həyat yoldaşı müğənni Doğuşa öz minnətdarlığını bildirib. Doğuş yeni kanalda ilk efir günü həyat yoldaşını tək qoymayıb.Səhnəyə tanınmış müğənni son zamanlar yaşananlardan sonra övladlarını itirdiklərini və bunun üçün ikisinində çox kədərləndiyini açıqlayıb."Amma buna baxmayaraq Xoşqədəmin yenə də ANS-in efirində neçə-neçə insanları bir-birinə qovuşdurmaq üçün öz işini davam etdirəcək. Hər nə olursa olsun mən hər zaman onun yanında olacağam".Sonda müğənni tamaşaçılardan dualarını əksik etməmələrini xahiş edib və Allahın onları yenidən övlad payı ilə sevindirəcəyinə inandığını deyib.