Rusiyadan İrəvana uçan nümayəndə heyətinin olduğu təyyarəni ildırım vurub

Rusiyalı jurnalistlər və bir sıra nümayəndələrin olduğu təyyarə Moskva-İrəvan reysi ilə uçarkən ildırım zərbəsinə tuş gəlib.Trend-in məlumatına görə, bunu "Komsomolskaya pravda"nın xüsusi müxbiri Dmitri Smirnov "Twitter" hesabında yazıb."İrəvana enərkən çovğuna düşdük. Jurnalistlərin və nümayəndə heyətinin bir qismi olan təyyarəni ildırım vurdu. Hamı salamatdır", - deyə təyyarənin şəklini paylaşan D.Smirnov qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31