13 şəxs axtarışa verilib
Korrupsiyaya görə 14 şəxs barəsində 12 cinayət işi başlanıb
22 Aprel 2015 11:52 ProblemBu ilin birinci rübü ərzində Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən 14 şəxs barəsində 12 cinayət işi başlanıb.Bu barədə idarənin rəisi Kamran Əliyev jurnalistlərə açıqlamasında bildirib ki, bunlardan 9 iş keçirilmiş əməliyyat tədbirləri nəticəsində, 2 iş vətəndaşların ərizələri əsasında, 1 iş isə Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidmətindən daxil olmuş materiallar əsasənda başlanıb.Hesabat dövrü ərzində 13 şəxs barəsində axtarış elan edilmiş, 2 nəfər tutularaq istintaqa təhvil verilmiş, 21 şəxs isə beynəlxalq axtarışa verilmişdir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31