“Karvansaray” rəhbəri “Binə” Ticarət Mərkəzinin yolunu kəsdi
Bütün marşrutların son dayanacağı “Karvansaray” oldu
20 Sentyabr 2012 15:22 Problem"Bakıda fəaliyyətə başlayan "Karvansaray" Ticarət Mərkəzi bazara müştəri yığmaq üçün yeni üsula əl atır. Bu barədə "OLAYLAR"a həmin əraziyə işləyən marşrut sürücüləri məlumat verib. Məlumata görə, ticarət mərkəzi ətrafından keçən marşrutların hamısını "Karvansaray"ın içərisində saxlatdırır. Bazar rəhbərliyi bununla bağlı Nəqliyyat Nazirliyi ilə razılaşma da əldə edib. Razılaşmaya görə, həmin istiqamətdə hərəkət edən bütün marşrutların son dayanacaq yeri "Karvansaray" Ticarət Mərkəzi olmalıdır. Ticarət Mərkəzinin yanından keçib "Binə" Ticarət Mərkəzinə doğru hərəkət edən marşrutlar da "Karvansaray"da saxlanılır. Sürücülərin dediyinə görə, şəhərdən "Binə"Ticarət Mərkəzinə gedən sərnişinlər də artıq "Karvansaray"da düşməli olur və bu da sərnişinlərin narazılığına səbəb olur. Buna baxmayaraq "Karvansaray" rəhbərliyi "Binə" istiqamətinə heç bir maşurut buraxmır. "Binə"yə gedən maşurut sürücüsü isə dərhal işdən azad olunur. Buna görə də sürücülər 10 gündən artıqdır ki, sonuncu dayanacaq "Karvansaray" olduğundan "Binə" ticarət mərkəzinə sərnişin aparmır. Sürücü deyir ki, bu proses sentyabrın 10-dan başlanıb. Yeni dərs ilinin başlanması ilə əlaqədar olaraq alıcıların çoxalması "Karvansaray" Ticarət Mərkəzi rəhbərinin tamahının güc gəlməsilə nəticələnib və o həmin ərəfədə alıcıları "Karvansaray"a cəlb etmək üçün bu addımı atıb.