Bakıda iki nəhəng ticarət mərkəzinin rəhbəri düşmənçiliyə başladı - ŞOK
“Binə”dəki zəhərlənməni “Karvansaray” rəhbərinin təşkil etdiyi xəbəri yayıldı
20 Sentyabr 2012 14:32 ProblemSentyabrın 17-də "Binə" Ticarət Mərkəzində baş verən kütləvi zəhərlənmə ilə bağlı daha bir məlumat yayıldı. "OLAYLAR"ın məlumatına görə, ticarət mərkəzindəki zəhərlənmə hadisəsini "Binə"nin yaxınlığında yeni istifadəyə verilmiş "Karvansaray" Ticarət Mərkəzinin rəhbərliyi təşkil edib. Məlumata görə, ticarət mərkəzinin rəhbərliyi "Binə"də transformatorun qapadılması üçün xüsusi adam tutub. Sentyabrın 17-də həmin şəxs "Binə"Ticarət Mərkəzinə elektrik enerjisi paylayan transformatorun enerji blokunu zədələyib. Bununla da ticarət mərkəzinin bütün işıqları sönüb. Məlumata görə, "Binə"dəki satıcı və sahibkarlar həmin gün təkcə generator qazından zəhərlənməyib. İşıqlar söndürüləndən sonra bir neçə nəfər qaranlıq bazara daxil olub və ora zəhərli maddələr buraxıb. Buna görə də ticarət mərkəzinin yalnız 4, 5 və 6-cı sıralarında zəhərlənmə olub. Çünki, bu ticarət cərgələrində alver daha yaxşı olur və bu da "Karvansaray" Ticarət Mərkəzinin rəhbərliyinə sərf etmir. Versiyaya görə, "Karvansaray" Ticarət Mərkəzinin rəhbərliyi bu üsulla "Binə" Ticarət Mərkəzinin işini iflic edib sahibkarları öz bazarına cəlb etmək istəyir.
Xatırladaq ki, hadisə zamanı 200 nəfərə yaxın satıcı və sahibkar "Binə" Ticarət Mərkəzində zəhərlənmə diaqnozu ilə müxtəlif xəstəxanalara çatdırılmışdı.