Aralıq dənizində batanlardan yeni xəbər
Batan gəmidə azı 700 mühacirin olduğu bildirilir
20 Aprel 2015 10:57 ProblemAralıq dənizində Afrikadan Avropaya keçməyə çalışan daha bir gəmi batıb. Gəmidə azı 700 mühacirin olduğu bildirilir.ANS PRESS-in məlumatına görə, hadisə Siciliya boğazında baş verib. Məlumata görə, gəmi Liviyadan İtaliyaya doğru hərəkət edirmiş. İtaliyanın sahil təhlükəsizlik xidməti əməkdaşları hadisənin baş verdiyi ərazidə axtarış-xilasetmə əməliyyatlarına başlayıblar. İndiyə qədər cəmi 28 nəfəri xilas etmək mümkün olub. 24 nəfərin meyiti aşkarlanıb. Lakin digər insanlar itkin hesab olunurlar.Mühacir faciəsi ilə əlaqədar İtaliyanın baş naziri Matteo Renci Avropa Birliyi nazirlərini fövqəladə iclas keçirməyə çağırıb.Matteo Renci: "Hər gün Aralıq dənizində baş verən bu cür faciələrin şahidi olur, ölən insanların dramına göz yumuruq".Fransa prezidenti Fransua Oland da oşxar çağırışla çıxış edib. Oland qeyd edib ki, faciənin qarşısını almaq üçün Avropa Birliyi olaraq müəyyən tədbirlər görmək vacibdir.Fransua Oland: "Biz dərindən narahatıq. Aralıq dənizi bizim ümumi dənizimizdir. Ona görə tədbir görmək lazımdır" Təkcə bu il Afrikadan Avropaya keçməyə çalışarkən ölən mühacirlərin sayı 13 mini ötüb.