2 balıqçı təhlükədə: biri xilas edildi, biri axtarılır
19 Aprel 2015 12:50 ProblemFövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Qaradağ rayonunda 2 nəfər balıqçı dənizin nəzarət olunmayan hissəsində sahildən 200 m aralıda suda batma təhlükəsi ilə üzləşib.Lent.az-ın FHN-nin saytına istinadən xəbərinə görə, nazirliyin dalğıc-xilasediciləri tərəfindən balıqçılardan biri xilas edilib, digər balıqçının axtarışı davam etdirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31