“Oğuz-9”ASC-nin əmlakının zəbt olunması ilə bağlı saxtakarlıq üzə çıxır - SAXTAKARLIQ
Ali Məhkəmə səhmdarların vəsadətini təmin etdi
19 Sentyabr 2012 16:59 ProblemSentyabrın 19-da Ali Məhkəmədə Maliyyə Naazirliyinin Bakı İqtidsad Məhkəməsinin qərarından verdiyi kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. "OLAYLAR"ın məlumatına görə, proses jurnalistlər üçün qapalı keçirilib. Prosesdə sahibkarların vəkilləri iddianın əsassız olduğunu iddia edib. Vəkillər prosesdə vəsadət qaldırıb və vəsadət təmin edilib. Hakim iş üzrə növbəti məhkəmə prosesini oktyabrın 3-ə təyin edib.
Xatırladaq ki, "Oğuz-9" Açıq Səmdar Cəmiyyətinin 80 nəfər səhmdarının ərazisi 2008-ci ildən zəbt edilərək mülkiyyəti əlindən alınıb. Belə ki, Oğuz rayon rəhbərliyi cəmiyyətə məxsus olan torpaq sahələrini və müəssisənin bütün əmlakıbnı zəbt edərək onların fəaliyyətini iflic edib. İcra başçısı Aydın Əlihüseynov ASC-nin fəaliyyətinə ən müxtəlif və yolverilməz üsullarla müdaxilələr edib. İcra başçısı müəssisəyə ünvanladığı məktubunda ASC-nin yerləşdiyi torpaqların guya ki, Dövlət Ehtiyat Fonduna (DEF)aid olduğunu bildirib. Müəssisənin sahibkarları bildirib ki, ASC-nin yerləşdyi torpaq sahəsi DEF-ə aid deyil və ola da bilməz. Buna baxmayaraq, rayon icra başçısı Nazirlər Kabineti qarşısında saxtalaşdırılmış vəsatət qaldırıb, Əmlak Məsələləri Dövlət Komitəsinin əli ilə Nazirlər Kabinetinin 2009-cu il tarixli, 211-s saylı - dövlət ehtiyacları üçün torpaqların geri alınması və kompensasiyanın ödənilməsinə dair - sərəncamını saxtalaşdırıb, ASC-ni birlik kimi, yerləşdiyi torpaq sahəsini isə Dövlət Ehtiyat Fondunun ərazisi kimi təqdim ediblər. Sahibkarlar məhkəmələrdə həmin torpaq sahəsinin DEF-ə aid olmadığını, "Oğuz-9"un isə birlik deyil ASC olduğunu 4 illik məhkəmə çəkişmələrindən onra sübuta yetirə bilib. Həmion müddətdə ASC sədri Şirin Şuminovun ailə üzvləri təqiblərə məruz qaldığından İsrailə və Rusiya Federasiyasına köçüblər. Bir neçə ay əvvəl Bakı İnzibati İqtisadi Məhkəməsinin apelyasiya instansiyası "Oğuz-9" ASC-yə maddi ziyanın ödənilməsi haqda qərar qəbul edib. Qərarla razılaşmayan Maliyyə Nazirliyi isə kassasiya şikayəti verib. Şikayətdə göstərilib ki, guya kompensasiyanı Maliyyə Nazirliyi deyil, "Azərsu" ASC ödəməlidir.
Məhkəmə prosesində səhmdarlar kassasiya şikayətinə etiraz edib və kompensasiyanın təkcə "Azərsu" tərəfindən deyil, bütün aidiyyəti qurumlar tərəfindən ödənilməliu olduğunu bildirib. Vəkillər bildiriblər ki, Maliyyə Nazirliyinin bu şikayəti kompensasiyanın ödəilməsi prosesini yubatmaq və səmdar cəmiyyətin sədri Şirin Şuminovun təzyiqlərdən Azərbaycanı tərk etməsinə şərait yaratmaqdır.
A